Ru
13:57 / 22 May 2017

- “Mən Hindistanda yaşamaq istəyirəm” Elariz “Greencard” udub, amma…

2675
Bu gün mətbuatda müğənni Elariz Məmmədoğlunun "Greencard” udması barədə xəbər yayılıbb.


Lakin, o, Azvision.az-a açıqlamasında dərc edilən məlumatı təkzib edib:


"Mən "Greencard" üçün müraciət etməmişəm. Həm də ingilis dilini bilmirəm. Amerikada gedib nə edəcəm ki... "Greencard” haqqında sadəcə eşitmişdim ki, belə bir şans var. Mən Hindistanda yaşamaq istəyərdim, Amerikada yox. Bəlkə də övladlarım bunu mənim adımdan ediblər. Amma mənim heç nədən xəbərim yoxdur. Özümə də qəribə gəldi”.


Greencard.az-ın rəhbəri Röyal Cəfərov isə "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Elariz Məmmədoğlunun adı uduşu qazananlar siyahısında yer alıb:


"Həmin uduşu Elariz Məmmədoğlunun xanımı Gülnar xanım qazanıb.   "Greencard”da belə bir qaydası var ki, əgər xanım uduşu qazanırsa, avtomatik olar ailə üzvü, həyat yoldaşı həmin uduşun qalibi olur. Elariz Məmmədoğlu özü bizimlə görüşüb, bu prosedurdan xəbəri var ”.

 

Qeyd edək ki, "Greencard" udan şəxslər arasında keçmiş "Dəyirman” qrupunun solisti Elmir Məhərrəmovun da adı var.


Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər