Ru
13:15 / 23 May 2018

Ekoloqların bayramıdır - Yeni nazir iməcilikdə

1308
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramıdır.


Nazirliyin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, nazirliyin kollektivi peşə bayramının qeyd olunmasına Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini anmaqla başlayıb. Mərhum prezidentin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb. Daha sonra isə Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.


Peşə bayramı ilə əlaqədar tədbirlər Suraxanı rayonu ərazisində beton yolun kənarındakı yaşıllıq zonasında davam etdirilib.


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev peşə bayramı münasibətilə nazirliyin kollektivini təbrik edib. O, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda digər sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi istiqamətində də qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini və bu işlərin bundan sonra da ölkənin inkişaf tempinə uyğun olaraq uğurla davam etdiriləcəyini bildirib. M.Babayev dövlət başçısının ekologiya sahəsində çalışanların əməyinə yüksək qiymət verdiyini, onların təltif edilməsini, fəxri adlara layiq görülməsini Azərbaycan dövlətinin ekologiya işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirib.


Ətraf mühitin mühafizə edilməsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən ekoloqlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Fəxri Fərman”ı  ilə təltif edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olunub. 


Sonra nazirliyin kollektivinin, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Suraxanı rayonu ərazisində beton yolun kənarındakı yaşıllıq sahədə iməcilik keçirilib. Ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi adlı şəxsin şəkli.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi adlı şəxsin şəkli.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi adlı şəxsin şəkli.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi adlı şəxsin şəkli.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi adlı şəxsin şəkli.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi adlı şəxsin şəkli.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər