Ru
13:37 / 22 Fevral 2018

Ekologiya və təbii sərvətlər naziri Salyan sakinləri ilə görüşdü

1574
22 fevral 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə görüşüb.



Ekologiya və Təbii  Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, bioresurslar, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.


Görüşdə vətəndaşların müraciət, şikayət və təklifləri dinlənilərək onların aradan qaldırılıması, hərtərəfli öyrənilməsi və araşdırılaraq qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər