Ru
23:11 / 24 Fevral 2018

Çek Londonun “Ağ diş”i, Çexovun hekayələri, “Robin Qud” və “Piter Pen” - Öz dilimizdə

12798

Qanun Nəşrlər Evində dörd yeni kitab işıq üzü görüb.

 

BakuPost.az xəbər verir ki, bunlardan ikisi Klassiklər seriyasından Cek Londonun "Ağ diş”, Anton Çexovun "Hekayələr”,  digər ikisi isə  Dünya Uşaq Ədəbiyyatı seriyasından Mixail Gerşenzonun "Robin Hood” və Ceyms Barrinin "Piter Pen” kitablarıdır.  


Bir heyvanın nəzərindən həm həyatın, həm də inanlığın tənqidi...

 


Ağ Diş – Cek London


Öz cinsindən olanların və insanların bəslədiyi nifrət onu həmişə mübarizəyə sövq edirdi. Buna görə də sürətlə, ancaq birtərəfli inkişaf edirdi. Ürəyində mərhəmət və sevgi yox idi. Heç ümid də yox idi. Zəifləri əzmək qaydasını güclünün qarşısında əyilməkdən öyrənmişdi. Həmişə əzab çəkmək, məhv olmaq qorxusu onu vəhşiyə çevirmişdi, özünü müdafiə etməkdən başqa bir şey bacarmırdı. Digər köpəklərdən daha sürətlə hərəkət edir, daha sürətlə qaçırdı. Onlarla müqayisədə daha hiyləgər və çevik idi. Polad kimi əzələləri, nazik sinirləri vardı, cəsur, zalım, vəhşi, ağıllı heyvana dönmüşdü. Bunlar mütləq idi, yoxsa nə ayaq üstə dayana, nə də düşmənlərinin arasında sağ qala bilərdi.


Tərcümə Kamran Nəzirliyə  məxsusdur. 




"Klassiklər”də Çexov!



HEKAYƏLƏR – Anton Çexov


Böyük rus yazıçısı Anton Pavloviç Çexovun satirik hekayələrini oxumayan az tapılar. Çexov satirası "Kiçik zabit Prişibeyev”, "Məmurun ölümü”, "At familiyası” və s. hekayələrdə daha qabarıq nəzərə çarpır. Yazıçı mütləqiyyət – polis rejimi nümayəndələrinin tipik obrazını bədii surətdə ümumiləşdirməyə nail olmuşdur. Xüsusilə XIX əsrin 80-ci və 90-cı illərində yazdığı əsərlərdə Çexov yenilik axtaran rus ziyalılarını təsvir edir, onların meşşan psixologiyasını, liberal-xalqçılıq xülyalarını ifşa edir.



İncidilmişlərin və yoxsulların müdafiəçisi – Robin Hood

 



Robin Hood – Mixail Gerşenzon


Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. Bu igid döyüşçü XII əsrdə İngiltərənin York qraflığının Şervurd meşəsində yaşayıb. Robin Hoodla çiyin-çiyinə Balaca Con, Tuk ata, Skatelok, Ağbilək Bill və digər döyüşçülər də xalqın azadlığı uğrunda, zülm və köləliyə qarşı mübarizə aparırlar. Robin Hood ağıllı, tədbirli, mərhəmətli, igid bir adamdır. Həmişə məzlumların, kasıbların və qulların dadına çatır, haqq və ədalətin bərqərar olmasına çalışır. Bununla bərabər, Robin Hood mahir oxatan və bacarıqlı döyüşçüdür. O, dostları ilə birlikdə kral Riçardın dəstəsinə qarşı amansız mübarizə aparır.

M.Gerşenzon kitabda Robin Hood və dostlarının maraqlı macəralarından, şücaətlərindən ətraflı söhbət açır. Əsərdə, həmçinin, ingilis xalqının qəhrəmanlığından, azadlıq uğrunda apardığı mübarizələrdən geniş bəhs olunur.


Tərcümə Fərhad Abdullayevə (şeirlərin tərcüməsi Mahir N.Qarayevə)  məxsusdur. 



Böyümək istəməyən bir uşağın hekayəsi...

 


 

Piter Pen – Ceyms Barri


"Piter Pen” romantik nağıl-povestdir. Bu əsəri dünyada əksər uşaqlar və yaşlı adamlar oxumuşdur.

Əsərdə baş qəhrəman kimi təsvir olunan, heç vaxt böyümək istəməyən Piter Pen adi uşaqlar kimi əylənməyi sevən, olduqca nadinc, həm də böyüklər kimi qürurlu, intiqamçı və döyüşkən, eyni zamanda uçmağı bacaran biridir. Kimsəsiz uşaqları himayə edir və onları dəniz quldurlarından, əzazil kapitan Qarmaqdan qoruyub azadlığa çıxarır.


Tərcümə Fizuli Əsgərliyə  məxsusdur. 


Çek Londonun “Ağ diş”i, Çexovun hekayələri, “Robin Qud” və “Piter Pen” -  Öz dilimizdə
Çek Londonun “Ağ diş”i, Çexovun hekayələri, “Robin Qud” və “Piter Pen” -  Öz dilimizdə
Çek Londonun “Ağ diş”i, Çexovun hekayələri, “Robin Qud” və “Piter Pen” -  Öz dilimizdə
Çek Londonun “Ağ diş”i, Çexovun hekayələri, “Robin Qud” və “Piter Pen” -  Öz dilimizdə
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər