Ru
16:00 / 21 May 2018

Əhəd Abıyev Binəqədiyə icra başçısı gətirilir?

5145
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bakının Binəqədi rayonuna icra başçısı təyin olunur. 


BakuPost xəbər verir ki, bu barədə Sfera.az saytı məlumat yayıb.


Bildirilir ki, ötən həftə ölkə prezidentinin sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Xaləddin İsgəndərovun yerinə ən layiqli namizəd kimi Əhəd Abıyevin adı hallanır. 


Məsələ ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mövqeyini öyrənmək mümkün olmayıb.

 

BakuPost-a daxil olan məlumata görə, Ə. Abıyev bu gün Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər