Ru
14:16 / 16 Yanvar 2017

Əhali keçən il ərzağa 15 milyard xərcləyib

791

2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış
məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5 faiz üstələyərək
30,2 milyard manata bərabər olub.


Dövlət Statistika Komitəsindən BakiPost.az-a verilən
məlumata görə, istehlakçılara 15,1 mlrd. manatlıq və ya 2015-ci ilə nisbətən
real ifadədə 2,1% çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8% çox
qeyri-ərzaq məhsulları satılıb.


Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə
xarakterizə olunub:


 


Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində
xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının,
17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik
malları və mebelin, 5,6 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və
tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
18,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. 2016-cı
ildə istehlak məhsullarının 10,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 55,7 faizi
fərdi sahibkarlar tərəfindən, 33,4 faizi isə bazar və yarmarkalarda satılıb.



Hesabat ilində əhalinin bir nəfərinə düşən orta
aylıq pərakəndə ticarət dövriyyəsi 261,0 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən
nominal ifadədə 36,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta
hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
130,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.

 

Bakı Post
Əhali keçən il ərzağa 15 milyard xərcləyib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər