"Əgər Putinin məndən xoşu gəlirsə..." - Tramp/VİDEO

"ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir”.
 
APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Donald Tramp bəyan edib.
 
"Düşünürəm ki, son hücumlar Rusiya tərəfindən həyata keçirilib. Lakin ABŞ-a qarşı digər ölkələr  və şəxslər də kiberhücumlar törədir”, deyə D.Tramp bildirib.
 
O həmçinin qeyd edib ki, Rusiya tərəfi ilə münasibətlərin yaxşılaşdırılmasını müsbət amil kimi qiymətləndirir: "Misal üçün, Rusiya bizə İŞİD-lə mübarizədə kömək edə bilər. Əgər Putinin Trampdan xoşu gəlirsə, bu nöqsan yox, üstünlükdür. Ümid edirəm ki, biz dost olacağıq, buna şanslarımız az deyil”.
 
Bakı Post


Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

25 Fevral 2017
Bütün xəbərlər
Bütün xəbərlər