“Ege Hospital”dan daha 26 həkim, onlarla tibb işçisi məcburi işdən çıxarıldı - ŞOK TƏHDİD/ SİYAHI

2196
Xəbər verdiyimiz kimi, Bakıda "Grand Hospital” adıyla fəaliyyət göstərən xəstəxananın adı bu günlərdə "Ege Hospital” olaraq dəyişdirilmiş və xəstəxananın onlarla azərbaycanlı həkimi qəfil işdən uzaqlaşdırılmışdı. Onların əvəzinə isə xəstəxana rəhbərliyi Türkiyədən həkimlər dəvət etmişdi. Üstəlik, gözləmədikləri anda işlərindən qovulan azərbaycanlı həkimlər Türkiyədən dəvət edilən bu həkimlərin Bakıda işləmək üçün lizensiyalarının olmadığını demiş, xəstəxana rəhbərliyini qanunsuz fəaliyyətdə ittiham etmişdi. 

Xəstəxana ətrafında yaşanan qalmaqal isə görünür, bununla dayanmayacaq. BakuPost.az-a daxil olan məlumata görə, xəstəxananın yeni rəhbərliyi "Grand Hospital” adı altındakı dövrdə işləmiş daha bir qrup həkimi zorla işdən qovub. Məlumatda bildirilir ki, xəstəxana rəhbərliyi işdən çıxarmaq istədikləri həkimləri və digər tibb işçilərini məcburi qaydada işdən könüllü çıxdıqları barədə sənədə qol çəkdirib. Belə ki, rəhbərlik əməkdaşların maaşlarını verməməklə hədələyərək, onları zorla sənədə qol çəkdirməyə məcbur edir. Könüllü şəkildə işdən çıxmaq istəməyənləri isə halal maaşlarını verməməklə hədələyir. 

Əldə etdiyimiz məlumata görə, xəstəxanadan onlarla həkimlə yanaşı, xeyli sayda tibb personalı uzaqlaşdırılıb.
Xəstəxanadan yeni işdən çıxarılan həkimlərin adları isə aşağıdakılardır: 

Namiq İsmayılov

Rasim Məhərrəmov

Şahin Manafov (Baş həkim)

Pərviz Aslanov

Tələt Şəfiyev

Röyal Hacıməmmədov

Könül Mahmudova

Afaq Qəhrəmanova

Zərifə Hacıbəyli

Ramil Abdulov

Teymur Məmmədov

Zərdan Bəylərov

Arzu Hüseynob

Seymur Musayev

Günay Əhədova

Lalə Alıcan

Arzu Eyyubova

Əlkəbər Həmidov

Əlizamin Sadıqov

Günay Ağazadə
 
İlahə Həsənli (Baş həkimin müavini)
 
Samirə Hüseynova
 
Munisə Quliyeva
 
Lamiyə Əzimzadə
 
Emin Qurbanov
 
Turan Musayeva

Onu da qeyd edək ki, "Grand Hospital”dan işdən çıxarılan həkimlər və tibb işçiləri müvafiq dövlət qurumlarına və ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır. 

Bundan əvvəl qanunsuz olaraq çıxarılan həkimlərin siyahısını BURADAN oxuya bilərsiniz.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər