Ru
23:02 / 18 Sentyabr 2017

Döyüldüyü üçün evdən qaçan İlkinin valideyni tapıldı - VİDEO

838
Bir neçə gün əvvəl atalığı tərəfdən döyüldüyü üçün evdən qaçdığını deyən İlkinin valideyni tapılıb.


BakuPost.az Xəzər TV-yə istinadən xəbər verir ki, müvəqqəti sıgınacaqda yerləşdirilən uşaq artıq anasına təhvil verilib. Lakin anası İlkini bir daha zorakılığa məruz qalmayacağına dair aktı imzalandıqdan sonra apara bilib. Eyni zamanda Qaradağ rayonunda yerləşən reabilitasiya mərkəzində İlkinin müalicə alması üçün də anaya bir neçə ərizə imzaladıblar.


Məlum olub ki, bu İlkinin evdən ilk qaçması deyil. O, bu addımı bir neçə dəfə atıb. Səbəbsə 10 yaşlı fiziki qüsurlu uşağın ailədə diqqətdən və qayğıdan kənar qalmasıdır.


Amma anası İlkinin iddialarını rədd edib. Lakin o, uşağın ailədə fiziki zorakılığa məruz qaldiğını inkar etsə də, sığınacaqda psixoloqların 10 yaşli İlkinlə apardıqları söhbətlər və testlər zamanı onun yalan danışmadığı təsdiqlənib. Bundan başqa ailədə həqiqətən də ögey ata var.


Xatirladaq ki, İlkin 15 sentyabr səhər saat 11 radələrində Bakı Metropoliteninin polis əməkdaşları tərəfindən "20 Yanvar" metrostansiyasının platformasında aşkarlanıb və uşaq sığınacağına yerləşdirilmişdi. Onunla söhbət zamanı bizə söyləmişdi ki, atası və ya atalığı onu boğduğu və dəfələrlə döydüyü üçün evdən qaçıb və buna İlkinin öz doğma anası şərait yaradıb.

 



BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər