Ru
15:17 / 06 Oktyabr 2018

- Polis avtomobili Qış parkına girdi, ağır yaralanan var/ VİDEO DYP maşını ilə taksi toqquşdu

7487
Bu gecə səhərə yaxın, saat 4 radələrində Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.


BakuPost-un əldə etdiyi məlumata görə, Füzuli küçəsi 53 ünvanında (Heydər Əliyev adına Respublika Sarayının yanı) 99 YP 361 dövlət nömrə nişanlı Dövlət Yol Polisi maşını ilə taxsi kimi istifadə olunan "Opel Zafira” markalı avtomobil toqquşub. Nəticədə "Opel” maşını alovlanıb, DYP avtomobili isə Qış Parkına girib. Qəza zamanı polis əməkdaşı ağır xəsarət alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu deyilir. 


"Opel Zafira” maşınının sürücüsünə gəlincə, o, yüngül xəsarətlə qurtulub. Hər iki avtomobil yararsız hala düşüb. 


Əraziyə xeyli sayda YPX əməkdaşı, Post Patrul Xidməti və Təcili Tibbi Yardım maşını gəlib.


Taksi sürücüsü bildirib ki, qəzaya səbəb polis maşınının qırmızı işıqda keçməsidir. Polisdən isə hadisənin belə olmadığı, polis maşınının hərəkətsiz dayandığı vaxtda "Opel”in sürətlə gələrək ona çırpıldığı bildirilir. 


Videonu saytımıza yaxınlıqda yaşayan binanın sakinləri göndərib. Çəkiliş aparan şəxslər hadisə yerindən bir qədər uzaqda olduğu üçün polis maşını kadrlarda görünmür. Parkın ərazisinə daxil olan polis avtomobilinin görünməsinə ağaclar mane olub.

 

Nigar


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər