Ru
17:00 / 29 Mart 2017

DYP əməkdaşı qəza törətdi - FOTOLAR

2018
DYP əməkdaşı Səməd Vurğun prospektində sürətlə hərəkət edərək qəza törədib.


Hadisə şahidlərinin Skrom.net saytına verdiyi məlumata görə, avtomobil Mirzəağa Əliyev küçəsinə dönmək istəyərkən yol nişanına dəyib və onu aşırıb. Qəza nəticəsində avtomobilin ön hissəsi sıradan çıxaraq yola səpələnib. Buna baxmayaraq DYP əməkdaşı avtomobili yüksək sürətlə idarə edərək hadisə yerindən uzaqlaşıb.


Hadisə şahidləri bildiriblər ki, avtomobil sürətlə idarə olunduğu üçün nömrəsini görə bilməyiblər. Lakin ilkin ehtimala görə, DYP əməkdaşlarının idarə etdiyi avtomobil başqa bir avtomobili qovarkən qəza törədib.


Hadisə yerinə gələn başqa DYP əməkdaşları yerə səpələnmiş avtomobil hissələrini toplayaraq qəza yerini tərk ediblər.

 

DYP əməkdaşı qəza törətdi -  FOTOLAR
DYP əməkdaşı qəza törətdi -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər