Ru
15:12 / 25 Fevral 2017

Dövlət İmtahan Mərkəzindən abituriyentlərə - Müraciət

1373
Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə müraciət edib.

 

APA-nın xəbərinə görə, müraciətdə bildirilib ki, "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan prezidentinin sərəncamı ilə əlaqədar DİM-in Facebook səhifəsinə xeyli müraciət daxil olur.

 

"Hər bir Facebook istifadəçisinin suallarına fərdi qaydada cavab verilir. Buna baxmayaraq şərhlərdə yenidən eyni məzmunlu suallar ünvanlanır. İstifadəçilərdən xahiş edirik şərhlərə yazılan cavablarla diqqətlə tanış olsunlar. Həftəsonu olmasına baxmayaraq bütün müraciətlərə cavab verməyə çalışacağıq. İstifadəçilərin nəzərinə çatdırırıq ki, növbəti həftə ərzində bütün kateqoriyalara aid abituriyentlərin imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcəyi və ya imtahanlarda iştirak üçün ödəniş edəcəyi haqqında məlumat ayrıca cədvəl şəklində dim.gov.az saytında yerləşdiriləcək. Cədvəldə qeyd olunacaq kateqoriyaların heç birinə aid olmayan şəxslər Dövlət İmtahan Mərkəzinə müraciət edə bilər”, - deyə müraciətdə qeyd olunub. 

 

Bakı Post
Şərhlər
  • İlkin Mütəllimov

    Salam hər vaxtınız xeyir. Bağışlayın sizi narahat edirəm. Mən Mütəllimov İlkin Quba Dövlət Sosial-İqtisadi Kollecində Yerquruluşu və torpaq müfəttişliyi ixtisasında 4 il təhsil almışam. Özümdə şəhid aləsindənəm. Sizdən xahiş edirəm məni subbakalavr kimi universitetə qəbul olmağa köməklik edəsiniz.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər