Ru
00:16 / 19 Yanvar 2017

Dövlət Baxçalının üz-gözü şişib - Müxalifət liderinin müzakirələr yaradan VİDEOSU

2170
Türkiyənin Prezident səlahiyyətləri ilə bağlı Anayasa dəyişikliklərinə görə keçiriləcək Referendum qabağı - yanvarın 18-də CHP lideri Kemal Kılıçdaroğlu, MHP lideri Devlet Bahçeli ilə görüşüb. 


BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş barədə mətbuata təfsilatı ilə məlumat verilməsə də, maraqlı detala diqqət yönəldə bilib. Belə ki, MHP liderinin üzündə olan şişkinliklər jurnalistlərin gözündən yayınmayıb. Türkiyə mətbuatı Dövlət Baxçalının görünüşünü belə təqdim edib: yorğun, üzgün, sıxıntılı.

Görüşdən sonra mediaya açıqlama verən CHP lideri hansı mövzu ətrafında fikir mübadiləsi aparmaları ilə bağlı bir kəlmə də deməyib. Kemal Kılıçdaroğlu Dövlət Baxçalıya böyük hörməti olduğunu dilə gətirib və onun ziyərətinə gəldiyini deyib.


Artıq türklərin aktivlik göstərdiyi sosial şəbəkələrdə MHP liderinin səhhətində problemlər yaşandığı barədə fikirlər yayılıb.

 

Bakı Post






 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər