Ru
12:44 / 23 Yanvar 2018

- Azərbaycan siyahıda neçəncidir? Dünyanın ən yaxşı ölkələri

1661
"U.S. News & World Report” jurnalı 2018-ci il üçün dünyanın ən yaxşı ölkələrinin siyahısı dərc edib.


BakuPost xəbər verir ki, siyahıda Azərbaycan 64-cü pillədə qərarlaşıb.


Reytinqdə ilk beş yeri müvafiq olaraq İsveçrə, Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutur. Ötən illə müqayisədə  liderlər faktiki olaraq dəyişilməz qalıb. Siyahının sonunda isə Serbiya (78-ci), Anqola (79-cu) və Əlcəzair (80-ci) qərarlaşıb. Siyahıya eyni zamanda Rusiya (26-cı yer), Latviya (59-cu il), Ukrayna (69-cu yer) , Qazaxıstan ( 70-ci yer) kimi ölkələr də yer alıb.


Reytinq cədvəlinə ümumilikdə 80 ölkə daxil edilib.


Siyahı tutulan zaman ölkənin bir sıra keyfiyyət və üstünlükləri, o cümlədən  turistlərin cəlb edilməsi, təbiətin gözəlliyi, siyasi təsirlər, təhsil səviyyəsi və s. amillər nəzərə alınıb.


Qeyd edək ki, ötən ilki reytinq cədvəlində Azərbaycan 69 yerdə qərarlaşmışdı.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər