Dünyaca məşhur iranlı riyaziyyatçı vəfat etdi - Xərçəng onu 40 yaşında apardı

Üç il əvvəl riyaziyyat üzrə dünyanın ən nüfuzlu Fields Medal mükafatına layiq görülən ilk qadın Məryəm Mirzəxani (Maryam Mirzakhani) dünən ABŞ-da vəfat edib.

BakuPost.az xəbər verir ki,  40 yaşılı professor 2013-cü ildən sinə xərçəngindən əziyyət çəkirdi.

İranda böyüyən xanım Mirzəxani yeniyetmə olarkən Beynəxalq Riyaziyyat Olimpiadasının iki qızıl medalını qazanıb. O, elmlər doktoru dissertasiyasını ABŞ-ın Harvard Universitetində müdafiə edib və 2008-ci ildən Stanford Universitetində professor işləyib.

Riyaziyyatçı 2014-cü ildə "Riemann səthlərinin həndəsəsi ilə dinamikası və onların məkan modulları nəzəriyyəsinə verdiyi töhfəyə" görə Fields mükafatına layiq görülüb.
 
ABŞ-da yaşayan alim nüfuzlu mükafata layiq görülmüş ilk qadın və ilk iranlıdır.

Riyaziyyat üzrə Nobel mükafatı verilmir. Buna görə də Fields Medal mükafatı tez-tez "riyaziyyatçıların Nobel mükafatı" adlandırılır.

1936-cı ildə təsis edilmiş mükafat hər dörd ildən bir 40 yaşına çatmamış iki və ya 4 riyaziyyatçıya verilir.
 


Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər