Ru
15:06 / 21 Fevral 2017

Dünya ölkələrinin xanım vitse-prezidentləri - SİYAHI/ FOTOLAR

1831
Bu gün prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkənin I vitse-prezident təyin olundu. 


Dünya praktikasından məlumdur ki, bir çox ölkələrdə qadınlar vitse-prezident postunda çalışırlar. 


Modern.az saytı dünyanın bir sıra ölkələrində vitse-prezident postunda çalışan xanımlarla bağlı kiçik bir araşdırma aparıb.


Bu il yanvarın 23-də Qambiya prezidenti  Abama Barrou ölkənin yeni vitse-prezidenti postuna keçmiş səhiyyə naziri Fatumata Callou-Tamabacanqı təyin edib. Bu ölkədə qadınların siyasətdə aktiv təmsil olunması üçün atılmış addım sayılır.

 

2017-ci ilin 22 yanvarında isə Bolqarıstan prezidenti Rumen Radev yeni vitse-prezident postuna İliyana Yotovanı təyin edib. Buna qədər Avropa parlamentinin Bolqarıstandan deputatı kimi fəaliyyət göstərmiş Yotova 1964-cü il oktyabrın 24-də doğulub.

 

Nikaraquada prezident Daniel Orteqa 2017-ci il yanvar tarixli sərəncamı ilə öz həyat yoldaşı, şairə Rosario Murilyonu ölkənin birinci vitse-prezidenti təyin edib.

 

Peruda yeni seçilən prezident Pedro Kuçinski 2016-cı il iyulun 28-də yeni vitse-prezident təyinatı zamanı qadına üstünlük verib. 45 yaşlı Mersedes Rozalba Fernandez bu posta təyinat alan ilk qadın kimi ölkə tarixinə düşüb.

 

2015-ci il dekabrın 10-da Argentina prezidenti Maurisio Makri Qabriela Miçettini ölkənin 1-ci vitse prezidenti postuna təyin edib. Miçetti ölkə tarixində bu posta təyinat alan sayca 2-ci qadındır. O, 1965-ci il mayın 28-də anadan olub.

 

2015-ci ilin noybarında isə Afrikanın Tanzaniya dövləti özünə yeni vitse-prezidenti seçib. Noyabr seçkilərində qalib gələn Samia Suluhu noybarın 5-dən vitse-prezident səlahiyyətlərini icra edir. O 1960-cıl il yanvarın 27-də anadan olub.

 

İsveçrədə hər il yeni prezident və vitse-prezident seçilir. 2014-cü il yanvarın 1-dən vitse-prezident səlahiyyətlərini Simonetta Sommaruqa icra etməyə başlayıb. O, 1 il ərzində bu səlahiyyətələri icra edib və 2015-ci ildə artıq prezident kimi 1 il ərzində İsveçrə dövlətini dünyada təmsil edib. Simonetta Sommaruqa 1960-cı il mayın 14-də anadan olub.


Dünya ölkələrinin xanım vitse-prezidentləri -  SİYAHI/ FOTOLAR
Dünya ölkələrinin xanım vitse-prezidentləri -  SİYAHI/ FOTOLAR
Dünya ölkələrinin xanım vitse-prezidentləri -  SİYAHI/ FOTOLAR
Dünya ölkələrinin xanım vitse-prezidentləri -  SİYAHI/ FOTOLAR
Dünya ölkələrinin xanım vitse-prezidentləri -  SİYAHI/ FOTOLAR
Dünya ölkələrinin xanım vitse-prezidentləri -  SİYAHI/ FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər