DSX-nin gənc əsgərləri and içdi - FOTOLAR

662
Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. 

DSX-nın mətbuat mərkəzindən BakuPost-a verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətiril­dik­dən sonra mərasim açıq elan edilib.

Azərbaycan Sərhəd Mühadizəsinin 99-cu ildönümü ərəfəsində keçirilən və dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik El­çin Quliyev ulu öndər Hey­dər Əliyevin dövlət sərhədlərinin qo­run­­ması, Azər­baycan sərhəd müha­fi­zə­­sinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərini, Azərbaycan Prezidenti, Si­lahlı Qüvvə­lərin Ali Baş Komandanı İlham Əliyev tərəfindən dövlət sərhədlərinin mühafizəsi məsələlərinə böyük önəm verilməsi, ali diqqət və qayğı göstərilməsi sayəsində ölkəmizin sərhəd müha­fi­zəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını xüsusi qeyd edib.

Dövlət Sərhəd Xidmətinin rəisi Vətənə, dövlətə sədaqət andı içərək mü­qəd­dəs sərhəd­ləri şərəflə qorumaq məsuliy­yətini öz üzə­­­ri­lərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına və xidmətdə yüksək nəti­cələrə nail olacaqlarına əminliyini bil­dir­ib, onlara müvəffəqiyyətlər arzula­yıb.

O, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının – Milli Qurtuluş gününün 25-ci il dönümü ərəfəsində 2 min metr uzunluğunda dövlət bayrağımızı 2 mindən artıq sər­hədçinin çiyinləri üzərində daşıyaraq "Zəfərə doğru” yürüş etməsini xatır­lada­raq, Azərbaycan Prezidenti İlham Əli­yevin Ali Baş Komandalığı altında ən yaxın zamanlarda bu zəfər yürüşünün zə­fər döyüşünə çevriləcəyinə, Vətən sərhəd­lərinin bütöv­lü­yünün tə­min ediləcəyinə, işğaldan azad ediləcək ərazilərdə şərəf və ləyaqət rəmzi olan üçrəngli bayrağımızın dalğalanacağına əminliyini ifadə edib.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərli­yinə min­nət­dar­lıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlə­ri­nin keşiyində ayıq-sayıq dayanmalarını arzulayıblar.

Xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluq­çulara dövlət təltifləri təqdim olunub.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmə­tinin rəisi general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşüb, onların övladlarının Vətəninə, dövlə­tinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşması­na Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini bildirib, oğullarının hərbi andı qəbul edərkən keçir­dikləri iftixar hissləri münasibətilə hər bir valideyni təbrik edib.
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər