Ru
22:10 / 16 Yanvar 2017

Doğuşa qədər hamilə olduğunu bilməyib - Bakıda qeyri-adi hadisə/VİDEO

1152
Bakıda qeyri adi hadisə yaşanıb.

 

BakiPost.az xəzərxəbər.com-a istinadən xəbər verir ki, 39 yaşlı qadın 9 ay boyunca hamiləliyindən xəbərsiz olub. 


Nailə Ramazanova hamilə olduğunu 9 ay sonra bilib. Nəfəs darlığı şikayəti ilə həkimə müraciət etdikdə əsl səbəb ortaya çıxıb və xəstə dərhal keysəriyyə əməliyyatına alınıb. Surpriz uşaq bütün ailənin sevincinə səbəb olub.


Xəstəni əməliyyat edən Natiq Məhərrəmov qeyd edir ki, qadın 9 ay boyunca həkim müayinəsindən keçməsə də bu, hamiləliyin gedişatına mənfi təsir etməyib.


Ana 2 səbəbdən hamiləliyindən bixəbər olub. Belə ki, Nailə xanım daha əvvəl ginekoloji problem yaşadığından problemin davam etdiyini düşünüb. eyni zamanda çəkisi onun hamiləliyini gizlədib.


9 ay müddətində varlığından heçkəsin xəbəri olmasa da hazırda ananın da körpənin də vəziyyəti yaxşıdır. 

ıdır.

 Bakı Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər