Ru
11:27 / 20 Yanvar 2017

- Məşhurlar mərasimə gəlməyəcək Donald Tramp bu gün and içəcək

1580
Bu gün ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Trampın inaqurasiya mərasimi keçiriləcək. 


BakiPost.az xəbər verir ki, Tramp həyat yoldaşı Maleniya ilə birgə inaqurasiya mərasimində iştirak etmək üçün yaşadıqları Nyu-York şəhərindən paytaxt Vaşinqtona gəliblər. 


İnaqurasiya mərasimi yerli vaxtla 09:30-da (Bakı vaxtı ilə 17:30-da) Vaşinqtonda başlayacaq.


Tramp Bakı vaxtı ilə saat 21:00-da and içərək ABŞ prezidenti səlahiyyətlərini icra etməyə start verəcək.


Donald Trampın andiçmə mərasiminə təxminən 200 milyon dollar xərclənəcəyi açıqlanıb. 


Mərasimdə sabiq 4 prezident - Cimmi Karter, 42-ci prezident Bill Klinton, eləcə də oğul Corc Buş və Barak Obama iştirak edəcək. Həmçinin Trampın Demokratlar Partiyasından olan rəqibi Hillari Klinton da mərasimə qatılacaq.


Mərasimdə iştirak etmək üçün Elton Con və Selin Dion kimi bir çox tanınmış musiqiçi dəvət olunsa da, onlar bundan imtina ediblər. 


Mərasim üçün Vaşinqtona milyona yaxın insanın gələcəyini nəzərə alaraq paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib. Belə ki, andiçmə mərasimi ilə əlaqədar bu gün Vaşinqtonda Konqres binası və Ağ ev istiqamətinə gedən yollar bağlanacaq, metro və avtobusların hərəkəti dayandırılacaq.


 

Sevinc Yasinqızı

Bakı Post
 - Məşhurlar mərasimə gəlməyəcək Donald Tramp bu gün and içəcək
 - Məşhurlar mərasimə gəlməyəcək Donald Tramp bu gün and içəcək
 - Məşhurlar mərasimə gəlməyəcək Donald Tramp bu gün and içəcək
 - Məşhurlar mərasimə gəlməyəcək Donald Tramp bu gün and içəcək
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər