Ru
16:01 / 23 Fevral 2017

Bakıda saxta viza düzəldənlər peyda olub - Yüzlərlə qurban var/ FOTOFAKT DİQQƏT:

16009

Bakıda
saxta viza hazırlayaraq dələduzluqla məşğul olan dəstə peyda olub.

BakiPost.az xəbər verir ki, dəstə üzvləri Kanadaya və digər ölkələrə getmək istəyən şəxslərdən
pul alaraq, qısa müddət ərzində onlara təhsil, turizm vizası verməyi vəd edib.


Yaxınları
dələduzluqla üzləşən şəxslərdən birinin
məlumatına görə, dəstə üzvlərinin "qurban”ı olan bir ailə Gürcüstandan
Kanadaya uçmağa hazırlaşan zaman hava limanında saxlanılıblar. Onlar saxta
vizayla ölkəni tərk etməyə cəhd etdikləri üçün 7000 dollar məbləğində cərimə
ediliblər.

Məlumata
görə, viza dələduzlarının hazırladıqları sənədlərin üzərində Pakistan və
Hindistana aid qeydlər olub. Belə ki, viza sənədinin hazırlanması üçün nümunələr
internetdən götürülüb, fotoşop vasitəsilə düzəldilib və çap edilib.

Saxta
vizaya görə cərimələnən şəxslər Bakıya qayıdaraq hadisə ilə bağlı aidiyyəti
qurumlara və polisə şikayət ediblər. Polis idarəsindən isə onlara yüzlərlə belə
şikayət daxil olduğunu, vizanı hazırlayan şəxsin isə artıq Bakıda olmadığını
bildiriblər. Şöbədən qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılır.


Yayılan
məlumata görə, araşdırma işi Binəqədi rayon 5-ci Polis Bölməsinə tapşırılıb.


BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı 5-ci Polis Bölməsi ilə əlaqə saxlayıb.
Bölmədən xəbər nə təkzib edilib, nə də təsdiq: "Bununla bağlı açıqlama verməyə
ixtiyarımız yoxdur”.

 

Nümunə üçün əsl viza sənədi ilə saxta viza sənədinin fotolarını təqdim edirik: Əsl viza

 

Saxta vizalar

 Bakıda saxta viza düzəldənlər peyda olub - Yüzlərlə qurban var/ FOTOFAKT DİQQƏT:
 Bakıda saxta viza düzəldənlər peyda olub - Yüzlərlə qurban var/ FOTOFAKT DİQQƏT:
 Bakıda saxta viza düzəldənlər peyda olub - Yüzlərlə qurban var/ FOTOFAKT DİQQƏT:
 Bakıda saxta viza düzəldənlər peyda olub - Yüzlərlə qurban var/ FOTOFAKT DİQQƏT:
 Bakıda saxta viza düzəldənlər peyda olub - Yüzlərlə qurban var/ FOTOFAKT DİQQƏT:
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər