Ru
16:13 / 21 Avqust 2017

Dini cərəyana qoşulan qadından ŞOK açıqlamalar - 5 yaşlı oğlunu niyə öldürüb?

2816
5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən qadının cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.


Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimovun sədrlik edib.



Məhkəmədə dövlət ittihamçısı çıxış edib.



Məhkəmə zalında dəmir barmaqlıqlar arxasında olan qadının qeyri-ixtiyarı hərəkətlər etdiyi də diqqətdən qaçmayıb. O əyləşdiyi yerdə hər iki qolunu qaldıraraq silkələyib. Daha sonra əllərini gözlərinə qoyaraq başını silkələyib.



İttihama görə 5 yaşlı oğlunu öldürən ana affekt vəziyyətində olub.



İttihama münasibət bildirmək üçün hakim təqsirləndirilən qadına söz verib. Qadının da hərəkətləri hakimin diqqətindən qaçmayıb və bu səbəbdən də ona sual verib.



Nazilə Qulubəyova hərəkətlərinin səbəbini bilmədiyini və özündən asılı olmadan etdiyini söyləyib.



Hakim: Ötən prosesdə məhkəmədə iştirak etmək istədiyinizi dediniz. İndi ifadə vermək, hadisənin necə baş verdiyini danışmaq istəyirsinizmi?



N.Qulubəyova: Danışmaq istəmirəm. Sadəcə məhkəmədə iştirak etmək istəyirəm.



Hakim: Özünüzü yaxşı hiss edirsinizmi?



N.Qulubəyova: Xeyir



Daha sonra məhkəmədə təqdirləndirilən qadının hüquqi varisi kimi tanınan qardaşı Arif Safullayev ifadə verib.

O, qətl baş verən evə ilk gələn şəxs olub. Onun sözlərinə görə N.Qulubəyova qapını arxadan bağlayaraq pvladı ilə evdə qalıb. Bir müddət sonra hadisə yerinə FHN əməkdaşları və polis çağırılıb. Qapı sındırılan zaman səhçətli mənzərə üzə çıxıb.



Hüquqi varis söyləyib ki, evə girən zaman bacısı və uşağın meyitindən başqa heç kimi görməyib



O, bacısının hadisə baş verəndən sonra dini cərəyana qoşulduğunu öyrəndiyini söyləyib: "Əvvəl belə bir şeydən xəbərim yox idi. Hadisədən sonra ərinin dostunun yoldaşı ilə adını dəqiq bilmədiyim dini sektaya qoşulduğunu eşitdim. Nə etdiklərini bilmirdim".



Məhkəmədə mərhumun hüquqi varisi kimi tanınan atası Rüstəm Qulubəyov da ifadə verib.



O, həyat yoldaşı ilə münasibətlərinin hadisə baş verənə qədər yaxşı olduğunu, uşağına da tazşı baxdığını deyib.



"Uşağımız xəstə idi. 5 il ərzində yoldaşım uşağa yaxşı baxıb. Həkimə aparıb, dərmanlarını, müalicəsini yaxşı edib. Həyat oldaşımda fərqli, qeyri-adi hərəkətlər hiss etmirdim. Ancaq hadisədən təxminən 1 ay əvvəl dəyişikliklər oldu. Səbəb də dini cərəyana qoşulması idi".



R.Qulubəyov deyib ki, həyat yoldaşı dostu və tələbə yoldaşı olan Eminin xanımı ilə birlikdə dini cərəyanın məclislərinə gediblər: "Bu müddət ərzində fərqli hərəkəylər edirdi. Əsəbləri gərginləşirdi. Bir gün də dostum Emingilə gedəndə Nazilənin vəziyyəti orda pisləşib. Dostumun yoldaşı Sima onu mətbəxə aparıb dərman verib. Mən bunu sonradan öyrəndim. Dostum da mən də onların həmin dini cərəyana qoşulmasını istəmirdim. Getməmələrini də dedik".



O, hadisə baş verən gün həyat yoldaşının telefonlara cavab vermədiyini deyib: "Ev telefonunu, mobil telefonu açmadı. Mən anam, dostum qapının qarşısına gəldik. FHN-ə xəbər elədik. Qapı açılanda uşağın meyitini gördüm. Nazilə də oturub ancaq bir yerə baxırdı. Mən uşağı qucaqlayıb ağlayırdım".



R.Qulubəyovun dediklərinə görə, hadisə yerinə çağırılan təcili yardım uşağın qızdırmadan dünyasını dəyişdiyini deyib:


"Həmin ərəfədə quşağın qızdırması var idi. Mən bilmədim ki, uşaq özü ölüb, yoxsa anası öıdürüb".



Hakimin suallarını cavablamdıran R.Qulubəyov həyat yoldaşı ilə münasibətlərdə problem olmadığını, amma bəzən mübahisələri olduğunu söyləyib: "Qısqanclıq və əsəb var idi. Bir yerə gedəndə uzun müddət geyinirdi. Özünə qapalı idi. Rəfiqəsi, yaxını yox idi".



Hakim R.Qulubəyova sual verərək həyat yoldaşı ilə münasibətləri yaxşı olduğu halda telefonlarına cavab verməməsinin səbəbini soruşub: "Münasibətiniz yaxşı idisə, niyə sizin zənglərə cavab verməyib. Amma rəfiqələrinə zəng edib ki, uşağının öldüyünü deyib".



R.Qulubəyov: "Zəng elədim açmadı. Amma həmin ərəfədə kimlərləsə danışıb. Uşağın öldüyünü deyib. Onlar da ölmədiyini deyib. İstintaq materiallarımda bu var".



Məhkəmədə məlum olub ki, Rüstəm Qulubəyov hadisədən sonra uşağının anasından boşanıb.



Hakim sual verib: "Niyə belə tezliklə boşandınız? Siz həyat yoldaşınızın qatil olduğunamı inandınız? Məhkəmə istintaqı gedir, bəlkə onun günahsız olduğu məlum olacaqdı. Və ya yoldaşınızın psixoloji problemləri olduğu üçün siz ona kömək etməli deyildinizmi? Müaciləsi üçün nəsə etməli idiniz. Siz indi necə düşünürsünüz, uşağınızı öldürən zaman Nazilə Qulibəyovanın psixi problemləri olubmu?".



R.Qulubəyov bu suallara cavab vermək üçün bir müddət düşünüb. O, boşanmasına səbəb kimi deyib ki, bumdan sonra həmin qadınla birlikdə yaşadığını düşünməyib.



O, N.Qulubəyovanın son vaxtlar psixoloji problemlərinin olduğunu təkrar edib: "Ola bilər ki, həmin gün elə vəziyyətdə olub".



Keçmiş həyat yoldaşı ifadə verərkən Nazilə Qulubəyova qeyri-ixtiyari hərəkətlərinə davab edib. O, gülümsəyərək ifadə verən keçmiş ərini izləyib. Sağ əlini ona tərəf uzadıb, daha sonra əlini gözlərinin, sonra isə ürəyinin üstünə qoyub. O, bu hərəkətlərini mütəmadi olaraq davam edib.



N.Qulubəyova bir neçə dəfə də şeytan buynuzu adlanan, daha çox rok dinləyənlərin istifadə etdiyi barmaq işarələri də edib.


Bu zaman da o, gülmsəməyə davam edib.



Hakim bunun səbəbini soruşanda N.Qulubəyova bu işarələri etməsinə səbəb göstərə bilməyib.



Daha sonra hakim Nazilə Qulubəyovaya sual verib.



Hakim: Bilirsinizmi niyə burdasınız?



N.Qulubəyova: Xeyr.



Hakim: İttihamda yazılır ki, uşağınızı öldürübsünüz.



N.Qulubəyova: Öldürmək istəməmişəm. Xəstə idi, dərman verdim.



Hakim: Siz "Üzüm bağı sektası"na qoşulmusunuz. Sizə orada deyiblər ki, İsa gələcək və qiyamətdə hər kəs diriləcək. Bunu sizə kim dedi?



N.Qulubəyova: İsa dedi. Mən onunla danışırdım.



Hakim: Siz uşağı boğaraqmı öldürübsünüz?



N.Qulubəyova: Yox. Dərman verdim ki, sağalsın. Qızdırması var idi. Xəstə idi.



Hakim: Siz düşünürdünüz ki, uşaq elə həmin gün diriləcək?



N.Qulubəyova: Hə.


Qeyd edək ki, 34 yaşlı N.Qulubəyova 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.


Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.


Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.


Uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova "pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər