“Dincəlmək vaxtıdır” - Vahabzadənin təqaüdə göndərilən oğlu

"Baş prokurorun mənimlə bağlı qərarında başqa heç bir məna yoxdur. Artıq 60 yaşım var və qanunvericiliyin tələblərinə uyğun olaraq təqaüdə göndərilmişəm”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında xalq şairi Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə Qobustan rayon prokuroru vəzifəsindən azad edilməsi ilə bağlı Baş prokurorun qərarına münasibət bildirərkən söyləyib.

Qeyd edək ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə vəzifəsindən azad edilməklə təqaüdə göndərilib.

Azər Vahabzadə hər hansı ictimi-siyasi fəaliyyətlə məşğul olub-olmayacağına dair suala da cavab verib. Sabiq prokuror bildirib ki, artıq dincəlməyin zamanıdır: "Hər hansı bir fəaliyyətim olmayacaq”. 
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

24 İyun 2017
Bütün xəbərlər
Bütün xəbərlər