Ru
11:58 / 17 Fevral 2018

DİN Bakıdakı ağır qəzayla bağlı məlumat yaydı - 2 ölü, 2 yaralı

2891
Daxili İşlər Nazirliyi dünən Heydər Əliyev prospektində baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.


BakuPost-un nazirliyinin saytına istinadən məlumatına görə, fevralın 16-da saat 17 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi "Opel”, Eldəniz Məcidovun idarə etdiyi "Toyota” , Samirə Əliyevanın idarə etdiyi "Volkswagen” və Namiq Kərimovun idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.


Nərimanov RPİ tərəfindən araşdırma aparılır
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər