Ru
17:48 / 24 İyun 2017

Dilqəm Əsgərov ailəsinə məktub yazmaqdan imtina edib

1049
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub yazmaqdan imtina edib.


Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, D.Əsgərov 4 aydır ki, ailəsinin məktublarına cavab vermir.


"Beynəlxalq Qızıl Xaç Komitəsi girovlara baş çəkib. Təşkilatdan bizə bildirdilər ki, atam məktub yazmaqdan imtina edib. Biz ona yazırıq, amma cavab ala bilmirik. Mart ayından bəri atamdan məktub almamışıq”. 


Girovun qardaşı Sahib Musayev deyib ki, Dilqəm onun məktublarını da cavabsız qoyub.


"Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirdilər ki, məktubumu Dilqəmə çatdırıblar, amma baxmayıb. Bundan əvvəl yazdıqlarımıza da cavab yazmayıb. Dilqəm azadlığı sevən insandır. O, girovluqda qala bilmir. Girov həyatı onu sıxır. Dilqəm azad olmaq istəyir. Bəlkə də o bizdən inciyib, ona görə cavab vermir”.


Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycanvətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 


İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurublar. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər