Ru
16:29 / 16 Yanvar 2017

Dillər Universitetinin 5 dekanı işdən çıxarıldı

3331
Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub.

 

APA-nın xəbərinə görə, müvafiq qərarla Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin dekanı Vəfa Babayeva, Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültənin dekanı Fikrət Cahangirov, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Filologiya və jurnalistika fakültəsinin dekanı Sevda Vahabova və Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev tutduqları vəzifədən azad olunublar.

 

Dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edilib.

 

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Kazımova faktı təsdiqləyib. 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər