Ru
15:56 / 16 Mart 2018

Diaspor təşkilatı “ADR 100” yubiley ordeni təsis etdi

1988
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyəti Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq edib.

 

UABD-dən BakuPost-a verilən məlumata görə, Tədbirlər planı Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil olunacaq.  


UABD İdarə Heyəti ilk olaraq "ADR 100” yubiley ordeninin təsis edilməsi haqqında qərar verib. "ADR 100” yubley ordeni UABD ilə uzun illərdir əməkdaşlıq şəraitində Azərbaycan dövlətinin tanıdılması, onun uğurlarının təbliği istiqamətində birgə çalışan siyasət, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat, incəsənət, mətbuat, idman sahəsində fərqlənən ictimai və siyasi xadimlərə təqdim olunacaq. Ordenin konkret hansı şəxslərə verilməsi barədə qərarı da UABD İdarə Heyəti verəcək. 


Bir dəfə hazırlanan  orden 100 ədəd olacaq və eyni sayda fərqlənən həm yerli, həm də xarici vətəndaşlara təqdim olunacaq. 


Ordenin 100-cü nömrəsi xatirə kimi saxlanılması üçün Kiyev şəhərində fəaliyyət göstərən Medal Fonduna təqdim olunacaq.  

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər