Ru
13:05 / 22 May 2018

Dərmandan zəhərlənənlərin sayı qazdan zəhərlənənlərin sayından çoxdur - RƏSMİ

1610
Bu ilin yanvar ayından indiyədək olan müddətdə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə diaqnozu ilə 21 nəfər müraciət edib. BakuPost xəbər verir ki, bunu trend-ə Səhiyyə Nazirliyinin KTM-nin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilənlər arasında ölüm halı qeydə alınmayıb. Zəhərlənmələrin hamısı evdə baş verib.


A.Maqsudov qeyd edib ki, bu ilin may ayına kimi dərmanlardan zəhərlənmələrə görə 36 nəfər, ilan sancmalarına görə 12 nəfər şöbəyə müraciət edib.

 

Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb. Bu il 6 nəfər sirkə turşusundan zəhərlənib, onlardan biri dünyasını dəyişib. Müraciət edənlər daha çox 25-45 yaşlı şəxslər olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər