Deputatlar arasında gərginlik: “Oxuya bilirəm”

Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında gərginlik yaşanıb.


BakiPost.azxəbər verir ki, hadisə "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı olub.

 

Müzakirə zamanı deputat Fəzail İbrahimli həmkarlarına irad tutub. O qeyd edib ki, bu qanun layihəsi ətrafında suallar bilgisizlikdən ortaya çıxır: "Bu qanun layihəsi normal şəkildə hazırlanıb. Əgər oxusanız, görərsiniz ki, sualların hamısının cavabı burada əksini tapıb. Cəza tədbirlərinin görülməsi ilə bağlı suallar daha çox verilir. Qanun layihəsində bu da əks etdirlib. Bələdiyyə üzvləri davranışlarında diqqətli olmalıdırlar”.


Deputat Qənirə Paşayeva F.İbrahimlinin iradına etiraz edib. Q.Paşayeva bəzi məqamlarla razılaşmadığını qeyd edib: "Qanun layihəsini də oxumuşam, qaranlıq məqamlarla bağlı da suallar vermişəm. Oxumağı da yaxşı bilirəm. Qanun layihəsinin 17.2-ci maddəsindəki qeyd edilir ki, intizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Bu necə ola bilər? Hansısa bələdiyyə üzvü xəta törədibsə, burada nüfuz və peşəkarlıq nə rol oynaya bilər ki? Bu məqamla razı deyiləm”.


Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

16 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər