Ru
17:00 / 14 İyun 2018

Deputatdan futbolla bağlı qalmaqallı açıqlamasına ŞƏRH

2044
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Azər Badamovun Rusiyada keçiriləcək Dünya Çempionatında İspaniyanın "Real Madrid” klubuna azarkeşlik edəcəyi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.


BakuPost-un məlumatına görə, Modern.az açıqlamasına aydınlıq gətirməsi üçün Azər Badamovla əlaqə saxlayıb.


Millət vəkili bu dəfə də futboldan başı çıxmadığını göstərib.


O bildirib ki, bu gün İspaniya yığmasının tərkibində oynayanlar "Real Madrid”in futbolçularıdır.


 

"Ona görə də mən səhvən elə demişəm. Bildirmişəm ki, favoritim "Real Madrid”dir. İnsanlar da götürüb bundan sensasiya yaradırlar. Burda qeyri-adi bir şey yoxdu axı. İspaniyanın "Barselona” komandasının tərkibində oynayanlar da "Real Madrid”in futbolçularıdır. "Real Madrid”in oyunçuları orada təmsil olunur”.


Azər Badamov deyib ki, "Real Madrid” İspaniyanın komandasıdır:

 

"Mən İspaniyanı "Real Madrid” kimi görürəm. Ona görə  demişəm ki, "Real Madrid” mənim favoritimdir”.
Deputatdan futbolla bağlı qalmaqallı açıqlamasına  ŞƏRH
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər