Ru
11:15 / 19 Yanvar 2017

Deputatdan dövlət qurumlarına tənqid: “Milli Məclisə hörmətsizlik edirlər”

882
"Milli Məclisin İnsan hüquqları komitəsinə daxil olan müraciətlər aiddiyyatı dövlət qurumlarına, nazirliklərə göndərilir. Amma bizə gələn cavabların sayı az olur. Bu həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov komitənin bu gün keçirilən iclasında deyib.


Yevda Abramov bu kimi halların baş verdiyi təqdirdə vətəndaşların Milli Məclisdən incik düşdüyünü bildirib.


"Biz nəyisə gündəmə gəlmək üçün demirik. Bəzi deputatlar özlərini reklam edirlər. Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?!”.


İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova isə Yevda Abramovun fikirləri ilə razılaşmayıb.


"Dövlət qurumlarının Milli Məclisin göndərdiyi məktublara cavab verməməsi hörmətsizlik deyil. Yevda Abramovun fikirləri ilə razılaşmıram. Milli Məclis nəyə cavab almaq istəyirsə, ona da cavab alır”.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər