Ru
12:51 / 26 May 2018

“Bu iyrəncliyə niyə vaxtında cavab verməmisiz?” Deputat İbrahimbəyova görə naziri tənqid etdi:

5971
Millət vəkili, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü” filmi barədə kəskin yazı ilə çıxış edib. Qeyd edib ki, filmə baxdıqdan sonra onun haqqında edilən tənqidi fikirlərin hələ az olduğu qənaətinə gəlib: "Filmin bir neçə yerində millətimiz rəsmən aşağılanıb, qəddar göstərilib, bunun əvəzinə ermənilər müsbət obrazda verilib. Bunu başqa millətin ssenaristi qələmə alsaydı, deyərdik ki, bizdən birisi deyil, ermənilərə rəğbəti var və ya erməni lobbisinin pulu ilə filmi çəkib. Bu işin başında özünü azərbaycanlı adlandıran birisinin dayanmasınin isə bir adı var: Satqınlıq və xəyanət!


Ona görə, mən də Rüstəm İbrahimbəyovun keçmişdə aldığı bütün titullardan məhrum edilməsi fikrinə şərikəm. Öz millətini aşağılayan Azərbaycanın xalq yazışısı ola bilməz! O illərlə bu titullardan və fəxri adlardan öz məqsədləri üçün istifadə etdi, varidat topladı, tanındı və indi də əldə etdiyi imkanlardan bizə qarşı istifadə edir”.


Millət vəkili hesab edir ki, Rüstəm İbrahihmbəyovun xəyanəti bağışlanmazdır: "Rüstəm İbrahimbəyov xaricdəki məşhur söyüşçül qrupdan daha təhlükəlidir. Çünki həmin söyüşçül qrup sosial şəbəklərlə dövlətini, millətini və prezidentini təhqir edərkən onları özləri kimiləri izləyir, sığınacaq tapdığı ölkələrə onlar kimsəyə lazım deyil, tanıyan da yoxdur. Bu qrupdan fərqli olaraq Rüstəm İbrahimbəyov tanınmış ssenaristdir, kino sənətində filmləri izlənir və sayları da çoxdur. Demək belə birisinin dövlətə və millətə satqınlığı bizə daha böyük zərbədir”.


Adil Əliyevin bu sahəyə məsul olan şəxsləri, xüsusən Mədəniyyət Nazirliyini qınayıb: "2015-ci ildə çəkilən filmin 3 il ərzində yayınlandığı bir başqa mövzudur. Azərbaycanın mədəniyyət və kino sahəsinə cavabdeh olan dövlət qurumları hara baxıblar, nədən bu iyrənc filmə qarşı ilk gündən etirazlarını bildirməyiblər? Heç olmazsa bu iyrənc filmə cavab olaraq Siz də xalqımız haqqında olanı göstərən keyfiyyətli film ərsəyə gətirin, yuxarıdan tapşırıq gözləməyin. Rüstəm İbrahimbəyov məhz Sizin də zəifliyinizdən istifadə edərək dövlətimizə və millətimizə zərbə endirir. Sizin maliyyələşdirəcəyiniz və yeksək peşəkarlıqla hazırlayacağınız film təxribatçıya və xəyanətkara layiqli cavab olar! Yetər ki, hərəkət edin!”


Millət vəkili həmçinin müxalifətə səslənib: "Həmin müxalifət çox çək-çevirdən sonra 2013-cü il prezident seçkisində Rüstəm İbrahimbəyovu pəh-pəhlə prezidentiyə namizədliyini irəli sürərək onu dəstəkdi. Elə o zaman yazdım və bildirdim ki, başqa ölkənin vətəndaşını necə prezidentliyə namizəd göstərirsiniz? Bəs harda qaldı Sizin dövlətə və millətə bağlılığınız, necə oldu ki, işğalçıya dəstək verən dövlətin vətəndaşını dəstəklədiniz? Elə dəstək verdikləri şəxs də onlara arxasını çevirdi, qorxusundan vətənə qayıtmadı və bununla radikal müxalifəti pis vəziyyətdə qoydu. İndi isə həmin müxalifətdən "tık” səs də çıxmır. Nə deyəcəklərini bilmirlər, susmaq razılıq əlamətidir, demək siz susduqca İbrahimbəyovun xəyanətinə şərik olduğunuzu nümayiş etdirirsiniz! Bunun başqa adı yoxdur. İbrahimbəyov hətta qorxusundan qardaşının yas mərasiminə də gəlmədi, o vətəni və milləti ilə bütün ipləri qoparmış vəziyyətdədir. O xəyanət yolu seçibsə, biz niyə onunla ipləri qoparmamalıyıq. Düşmənimiz hiyləgərdir. Ona görə də xəyanətkarlara və satqınlara aramızda yer olmamalıdır”.
 “Bu iyrəncliyə niyə vaxtında cavab verməmisiz?” Deputat İbrahimbəyova görə naziri tənqid etdi:
 “Bu iyrəncliyə niyə vaxtında cavab verməmisiz?” Deputat İbrahimbəyova görə naziri tənqid etdi:
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər