Ru
16:56 / 24 Aprel 2017

Dənizdəki neftçilər təxliyə olundu - Güclü küləyə görə

1140

Aprelin 24 və 25-də açıq dənizdə küləyin sürəti
arabir 34 m/s (Dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar
təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə "Azneft” İstehsalat
Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama
göndərilib.

Bu barədə BakıPost.az-a "Azneft” İstehsalat
Birliyindən məlumat verilib.


Məlumatda bildirilib ki, bütün sahələrdə maarifləndirmə
işləri aparılıb, təhlükəli işlərin məhdudlaşdırılması bütün sahələrə yazılı və
şifahi formada tapşırılıb. Həmçinin idarə aparatı və sahələrdə növbətçilik təşkil
olunub.


Eyni zamanda vacib olmayan işçilərin özüllərdən
çıxarılması həyata keçirilib. Belə ki, müxtəlif sahələrdən ümumilikdə 204 nəfər
işçi təxliyə olunub.


Hava şəraitindən asılı olaraq estakada və
estakadayanı meydançalarda hərəkət məhdudlaşdırılacaq və vacib olmayan işçilər
Vaxt yaşayış məntəqəsinə təxliyə olunacaq.


Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin
görülməsi davam etdirilir.

 

Sevinc

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər