Ru
13:35 / 17 Avqust 2017

Dənizdə batanların adları açıqlandı - YENİLƏNİB

773
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən hər iki vətəndaşın şəxsiyyəti müəyyən olunub. 

 

BakuPost.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, axtarışları aparılan şəxslər 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğludur. Axtarış işləri haqqında əlavə məlumat veriləcək.


*** 10:34 Dənizdə batan iki nəfərdən birinin şəxsiyyəti müəyyənləşib.


BakuPost.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avqustun 16-da dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir.


Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir.


Əlavə məlumat veriləcək.


BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər