Ru
15:40 / 21 İyun 2018

Dəniz yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alındı

1699
Dövlət Gömrük Komitəsi (DGK) Bakı Baş Gömrük İdarəsinin əməkdaşları Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitə və dərman preparatlarının qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.


BakuPost DGK-ya istinadən xəbər verir ki, bu fakt Xəzər dənizində İqtisadi Mənafelərin Mühafizəsi Gömrük İdarəsindən daxil olan əməliyyat məlumatı əsasında aşkar edilib.


Gömrük əməkdaşları Bakı Hövsan Beynəlxalq Dəniz Limanında İrandan Azərbaycana gələn "NILOUFAR ABI" adlı, IMO 8704456 qeydiyyat nömrəli yük gəmisinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçiriblər.


Baxış zamanı, gəmi kapitanının baş köməkçisi işlədiyi bildirilən İran vətəndaşı Eshrati Seyed Alireza Seyed Yadollah oğluna məxsus kabinədə, masanın üstündə gömrük nəzarətinə bəyan edilməmiş, üzərində "Aluminium/Magnesium/Simethicone" yazısı olan şüşə qabda 30 ml həcmində və üzərində heç bir yazı olmayan plastik qabda 245 ml həcmində tiryək məhlulu, üzərində farsca yazı olan plastik qutuda isə 1 ədəd metadon və 2 ədəd tramadol tərkibli həblər aşkar olunub.


Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən tiryək məhlulu kustar üsulla hazırlanıb və həmin məhlulda tiryəkin quru maddəsinin ümumi təmiz çəkisi 5,665 qram təşkil edir.


Aşkar edilən 1 ədəd həbin ⅟4 hissəsinin metadon, 2 ədəd həbin hər birinin ⅟2 hissəsinin tramadol tərkibli dərman preparatı olduğu müəyyən edilib.


Bir ədəd həbdə metadonun təsiredici maddəsinin miqdarı 0,01 qr, iki ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,1 qr təşkil edir.


Xatırladaq ki, metadon "Ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, tramadol isə "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər