Ru
17:54 / 23 Fevral 2017

Dəm qazından öldüyü deyilən bacılar - Öldürülübmüş

1425
Gəncədə dəm qazından zəhərlənərək öldükləri bildirilən iki bacının qətlə yetirildiyi məlum olub.


"Report"un Qərb bürosunun məlumatına görə, hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur küçəsində baş verib. 


Belə ki, həmin küçədə yerləşən evlərdən birində iki bacının - 70 yaşlı Zəhra Abdullayevanın və 57 yaşlı Rəna Nəbiyevanın meyiti tapılıb.


Hadisə üzrə aparılan araşdırmalar nəticəsində məlum olub ki, R.Nəbiyeva və Z.Abdullayeva qətlə yetirilib. Məlumata görə, hər iki meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib. 


İlkin ehtimala görə, hadisə oğurluq və ya quldurluq zamanı törədilib. Cinayətkar şəxs və ya şəxslər izi itirmək məqsədi ilə evdən çıxarkən otaqdakı qazı açıq qoyub.


Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər