Ru
14:08 / 22 İyul 2017

“Dəlilər kimi sevdim...” - Qənirə Paşayeva

8054
Millət vəkili, uzun illər jurnalist çalışmış Qənirə Paşayeva Milli Mətbuat və Jurnalistika günü ilə bağlı jurnalistləri təbrik edib.


BakuPost.az xəbər verir ki, deputat müxbir çalışdığı zamanlarla bağlı öz xatirələrini də bölüşüb: "Jurnailsitika bir başqadır...


Bu peşədə nə rəsmi ad almaq, nə də rəsmi mükafat almaq üçün çalışdım. 


Nə Əməkdar jurnalist nə də digər ad və mükafatlara sahib olmadım heç zaman. Sadəcə jurnalist Qənirə Paşayeva oldum. Bundan isə heç zaman narazı olmadım. Çünki jurnalistika mənim üçün eşqdi.


Sadəcə dəlilərcə sevdim bu peşəni...


Gücümün çatdığı qədər bu önəmli peşənin haqqını verə bilmək üçün çalışdım. İddialı olmadım, iddialı danışmadım, sadəcə işimi yaxşı yerinə yetirə bilmək üçün çalışdım gecə-gündüz... 


Ondan ayrılışım da asan olmamışdı....


Əslində tamam ayrıla da bilmədim heç bir zaman...


Bu gün Milli Mətbuatın yaranmasının 142-ci ildönümünüdür. Bütün vicdanlı, işini layiqincə yerinə yetirən, jurnalist və jurnalistikanın adını ucaldan dostları təbrik edirəm. Və o zamanlar hər zaman özüm üçün dilədiyim və dua etdiklərimi onlar üçün də diləyirəm.


Hər zaman dövlətin, millətin yanında olmağı, ədalətin yanında olmağı, yalandan, şər-böhtandan uzaq durmağı və sözə heç bir zaman xəyanət etməməyi diləyirəm! Bayramınız mübarək əziz jurnalistlər! Bu çətin amma şərəfli, gözəl peşədə hamınıza böyük uğurlar və insanların sevgisini, güvənini, etimadını, inamını daha da çox qazana bilməyi diləyirəm! Siz hər zaman mənim üçün dəyərli həmkarlarım olacaqsınız! Təbriklər!”


BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər