Ru
11:27 / 21 Fevral 2017

“Dedilər, xoşunuz gəlmirsə, bizimlə uçmayın” - Deputatdan məşhur şirkətə tənqid

785

Deputat Fazil Mustafa Wizz.air hava yolları şirkətini
sərt tənqid edib.

BakiPost.az xəbər verir ki, millət vəkili şirkəti sərnişinlərdən
əlavə pul almaqda və kobud davranışda ittiham edib: "Bu gün sübh tezdən Heydər
Əliyev adına Hava Limanında oğlumu Macarıstana yola salmağa getmişdim. Wizz.air
şirkətinin təyyarəsi ilə uçurdu. Bileti 18 gün öncə almışdım və sərnişinin
oturacaq yeri də dəqiq təyin olunmuşdu. Baqajı təhvil verərkən məlum oldu ki,
online qeydiyyatdan keçməmişik. Bildirdim ki, əlimizdə bilet və dəqiq oturacaq
yeri olduğu halda niyə qeydiyyatdan keçməliyik və bu barədə bilet alarkən niyə
xəbərdarlıq edilməyib? Şirkətin təmsilçisi Elnarə adlı bir xanım cavab verdi
ki, bu qaydanı onların şirkəti müəyyən edib və 30 avro məbləğində cərimə ödəməliyik.
Bunun yanlış olduğunu və müştəridən əsassız vəsait almaq məqsədi güddüyünü söylədikdə,
xanım qayıtdı ki, xoşunuz gəlmirsə, bizim təyyarədə uçmayın. Hər şeyi bir tərəfə
qoydum, daha çox xanımın işlədiyi şirkətin imicinə nə qədər zərbə vurduğunu bir
anlığa düşündüm. Adətən Türk Hava Yollarında, eləcə də bizim AZAL-da hər dəfə bu
sözlər yaddaşımda qalır: "Bizimlə uçduğunuza görə təşəkkür edirik."
Bu xanım isə sərnişinə kobud formada deyir ki, "xoşunuz gəlmirsə,
uçmayın!" Pulu ödəyib uşağı yola saldım, ancaq bu məsələni araşdırmağa
çalışacağam, çünki başqa insanlara qarşı da şirkətin bu cür addımlar atması
mümkündür”.


Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər