Ru
20:42 / 26 May 2017

Daxili orqanında narkotik keçirən şəxs yaxalandı

1312
Daxili orqanında ölkə ərazisinə narkotik keçirən şəxs yaxalanıb.

 

BakiPost.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cəhdin qarşısı Astara Gömrük idarəsi tərəfindən alınıb. Belə ki, Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama zamanı zərurət yarandığından həmin şəxs tibbi müayinədən keçirilib.Yoxlama zamanı onun daxili orqanından - düz bağırsağından 3 ədəd bağlamada ümumi çəkisi 63.410 qram narkotik vasitə-heroin və 47.230 qram psixotrop maddə-metamfetamin aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər