Ru
10:08 / 20 Sentyabr 2018

“Dünya yıxılıb altında qalmışam...” - Sevil Nuriyeva / YENİLƏNİB

6591
Mən indi heç bir şey bilmirəm. Bu haqda danışmağa da gücüm yoxdur.


BakuPost xəbər verir ki, bu sözləri Qafqazinfo-ya açıqlamasında ötən gün Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun həyat yoldaşı tanınmış jurnalist Sevil Nuriyeva deyib. 


Göz yaşlarını saxlaya bilməyən S. Nuriyeva hisslərini belə ifadə edib: "Elə bil dünya yıxılıb altında qalmışam". 

 

* * * 


Xəbər verildiyi kimi, Azərbaycanlı iş adamı Etimad İsmayılov bu gecə Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilib.


Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış telejurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.


BakuPost xəbər ki, Teleqraf.com baş vermiş faciə ilə bağlı Sevil Nuriyeva ilə əlaqə saxlayıb.


Telefon zənginə ağlayaraq cavab verən Sevil Nuriyeva hazırda danışacaq durumda olmadığını və baş vermiş hadisə ilə bağlı mediaya sonra açıqlama verəcəyini bildirdi.


Qeyd edək ki, Etimad İsmayılov həmvətəni Gözəl Dəmirov tərəfindən odlu silahla qətlə yetirilib. G.Dəmirov saxlanılıb.
“Dünya yıxılıb altında qalmışam...” -  Sevil Nuriyeva / YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər