Ru
14:17 / 24 Aprel 2017

Damlanın Rusiyaya girişinə qadağa qoyuldu - Özü danışdı

1515
Müğənni Damla kimi tanınan Məmmədova Məsumə Qərib qızı Rusiyadan deportasiya edilib.


"Ölkə.Az"ın məlumatına görə, sənətçiyə bir ay öncə 3 illik qadağa qoyulub. Bildirilir ki, Damla bir neçə məclisdən aldığı behi məcburən geri qaytarıb. Son zamanlar adı bir sıra qalmaqallarda hallanan sənətçi daha çox Rusiya Federasiyasındakı məclislərdə çıxış edir.

 

Məsələ ilə bağlı Aile.lent.az-a açıqlama verən Damla belə bir problemin olduğunu etiraf etdi. Lakin o, heç vaxt Rusiyaya girişinə qadağa qoyulmadığını bildirdi: "Heç vaxt Rusiyaya qadağam olmayıb. Sadəcə olaraq bir ay bundan əvvəl "stop” qoyulmuşdu, bunu da həll etdik.

 

İstənilən ölkəyə gedəndə qeydiyyatdan keçməlisən. Mən də qeydiyyatdan keçməmişdim. Ona görə də müvəqqəti qadağa qoyulmuşdu. O ki qaldı mənim kiməsə borcum olmağına, mənə borcu olanlar var. Mənim heç kimə borcum yoxdur”. 

 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər