Ru
23:51 / 26 May 2017

"Dağlıq Qarabağ bizim ümumi ağrımızdır" - Karasin

812
"Dağlıq Qarabağ bizim ümumi ağrımızdır".

 

BakiPost.az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda çıxışında bildirib.

 

"Dağlıq Qarabağ münaqişəsi bizim ümumi qayğımızdır. Bu çox qəddar və həlli çətin olan problemdir. Qarabağ münaqişəsini istisnasız olaraq siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır. Bu həll yoluna alternativ yoxdur",-deyə Rusiya XiN başçısı qeyd edib.

 

Q. Karasin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının Rusiyanın xarici siyasət prioritetləri sırasına daxil olduğunu söyləyib: "Biz üçlükdə, Fransa və ABŞ-la birlikdə bu münaqişənin nizamlanması ilə məşğul oluruq. 2013-cü ildə həmsədr ölkələrin prezidentləri birgə bəyanatlarında öz mövqelərini açıq bildirdilər ki, tərəflərə maksimum yardım etmək lazımdır, lakin münaqişəni həll etmək üçün bütün məsuliyyət tərəflərin üzərinə düşür".    
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər