Ru
14:32 / 21 İyul 2018

Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü - 2 ölü, 10 yaralı

2928
Dağıstanın şərqində yerləşən İzberbaş şəhərində içərisində azərbaycanlıların olduğu "QAZel” və minik avtomobili toqquşub. Nəticədə, 2 nəfər ölüb, 10 azərbaycanlı yaralanıb.


BakuPost Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə "Qafqaz” federal avtomobil yolunda baş verib. Dağıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Digərləri isə yüngül dərəcəli xəsarətlər alıblar. Onların arasında azyaşlı yoxdur.


"Yaralılardan ikisi müalicə üçün Mahaçqalaya göndərilib. Digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar”, - deyə məlumatda qeyd olunur.


Qəzaya düşən azərbaycanlıların Dağıstana işləməyə gəldikləri bildirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər