Ru
16:12 / 17 Oktyabr 2018

- Ətrafda tikinti işləri dayandırıldı / Fotolar (Yenilənib) Bakının mərkəzində yol sürüşdü

2987
Paytaxtın Səməd Vurğun küçəsində yolun çökdüyü ərazidə yeni tikilən binada işlər dayandırılıb.


BakuPost-un məlumatına görə, hazırda ərazidə işləyən müvafiq qurumların əməkdaşları Trend-ə bildirib ki, çökmə bir anda baş verib. Ərazidən keçən rabitə xətlərinə də ciddi ziyan dəyib. Problemin aradan qaldırılması istiqamətində işlər davam edir.


Bundan başqa, yol kənarındakı reklam lövhəsi də götürülür.


İnşaat işlərini həyata keçirən şirkətin məsul əməkdaşı Nuran Həsənzadə deyib ki, binanın ətrafında tikilən istinad divarları lazımi vaxtda və düzgün şəkildə vurulub:


"Yolun çökməsinin başlıca səbəbi yeraltı borulardan sızan sulardır. Hazırda ərazidə olan bütün işçi qüvvəsi problemi aradan qaldırmaq üçün əllərindən gələni edir”.


Bir qədər əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirmişdi ki, həmin yolun kənarında tikinti şirkəti hündürmərtəbəli bina tikir. Bina tikintisi zamanı istinad svayları vurulmayıb. Nəticədə yolun kənarında 3 metr enində, 60 metr uzunluğunda yer çöküb. Ərazidə hərəkət dayanmayıb. Hazırda dəymiş ziyan öyrənilir.

 

 * * *


Səməd Vurğun küçəsinin 60 metr uzunluğu, 3 metr enində sürüşmə qeydə alınıb.


BakuPost xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.


Onun sözlərinə görə, AAYDA-nın əməkdaşları sözügedən ərazidə olublar, ilkin baxış keçirilib:


"Müəyyən olub ki, həmin ərazidə pilot layihə əsasında yeni bina inşa edilir. Qazıntı işləri aparılarkən yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işləri həyata keçirilib. Yolun sürüşməməsi üçün divar qurulmalıydı. Nəticədə yağış yağarkən sürüşmə qeydə alınıb. Hazırda əraziyə dəymiş ziyanın məbləği ilə bağlı araşdırma aparılır. Tikinti aparan şirkət yola dəymiş ziyanı ödəyəcək. Bundan başqa, AAYDA sözügedən ərazidə bərpa işlərinə başlayıb".

 

 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər