Ru
13:22 / 23 Yanvar 2017

Daha bir əməkdar artist vəfat etdi

2122
Bu gün səhər saatlarında Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Faiq Qasımov dünyasını dəyişib.


Musavat.com bildirir ki, bu barədə aktyor Yusif Cəfərov sosial şəbəkədə məlumat verib.


Qeyd edək ki, əməkdar artist Faiq Qasımov 1965-ci ildən Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyətə başlayıb, bir çox film və tamaşalarda maraqlı obrazlar yaradıb.


Son illərdə isə teatrın səhnəsində bir-birindən maraqlı pyeslərə səhnə həyatı bəxş etməklə quruluşlar verib. Əməkdar artist Teatr Xadimlər İttifaqının üzvü olub, "Qızıl Dərviş” mükafat laureatı adına və Prezident mükafatına layiq görülüb.


Əməkdar artist Faiq Qasımovla vida mərasimi 24 yanvar saat 11-dən 14-dək Gəncə Dövlət Dram Teatrının binasında keçiriləcək. Aktyorun Fəxri Xiyabanda dəfn olunacağı bildirilir.

 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər