Ru
14:22 / 22 May 2018

Daha bir ağır traktor qəzası - Xəsarət alanlar var / YENİLƏNİB

2710
Samux rayonunda traktorun aşması nəticəsində xəsarət alan sürücünün adı məlum olub. BakuPost report-a istinadən xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü Fəxrəddin Əhmədov idarə etdiyi traktorla fəhlələri əkin sahəsinə apararkən idarəetməni itirib və traktoru aşırıb. Nəticədə sürücü və traktorun qoşqusunda olan fəhlələr xəsarət alıblar. Sürücünün vəziyyəti ağır olduğundan o, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən F.Əhmədovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
 

* * * * *

 

 

Samux rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BakuPost report-a istinadən xəbər verir k, hadisə rayonun İnstitut qəsəbəsində baş verib. İdarəetmədən çıxan traktorun aşması nəticəsində xəsarət alan sürücü və traktorda olan sərnişinlər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər