Daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqləndi

2074
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-ya müraciət etmiş şəxslərin Prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə olunub.

BakuPost-un xəbərinə görə, MSK-nın katibi Arifə Muxtarova deyib ki, Anar Azər oğlu Umudovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün MSK-ya müraciət edib. 

Məsələ səsverməyə çıxarılaraq təsdiqlənib.

İclasda daha sonra Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin, namizədlikləri öz təşəbbüsü ilə irəli sürmüş Zahid Orucun və Tural Abbaslının namizədliklərinin irəli sürülməsi təsdiqlənib.

Xatırladaq ki, MSK-nın bugünkü iclasında ilk olaraq Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən Prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunub.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər