Daha 3 ölkənin vətəndaşları Avropaya vizasız gedə bilər

Avropa komissiyasının sədri Jan-Klod Yunker Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil edilməsinin əsl vaxtı olduğunu açıqlayıb.

BakuPost.az xəbər verir ki, Yunker bunun Avropa ittifaqının sərhədlərini möhkəmləndirəcəyini hesab etdiyini dilə gətirib:

"Avropa İttifaqını gücləndirmək istəyiriksə, o daha inklüziv olmalıdır. Xarici sərhədləri möhkəmləndirmək istəyiriksə Rumıniya və Bolqarıstanın  Şengen zonasına daxil edilməsinin tam zamanıdır”, - Yunker bunu Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında bildirib. 

Onun sözlərinə görə, Xorvatiya da Şengen zonasında olmağa layiq dövlətlərdəndir.

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

22 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər