Ru
17:41 / 20 Avqust 2017

Cüdoçumuz Universiadada qızıl medal qazandı

653

Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışlarına start verilib. Oyunların ilk günü Azərbaycan millisi üçün uğurlu olub. 


Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən BakuPost.az-a verilən məlumata görə, ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək universiadanın qalibi adına layiq görülüb.


Cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarına qalib gələrək qızıl medal qazanıb.


Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib və üç rəngli bayrağımız qaldırılıb.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər