Ru
23:28 / 18 Fevral 2017

Cüdoçumuz Avropa açıq çempionatında bürünc qazandı - FOTO

1161
 İtaliyanın paytaxtı Roma şəhərində kişilər arasında Avropa açıq çempionatına start verilib.


Azərbaycan Cüdo Federasiyasından BakiPost.az-a verilən məlumata görə, milli komandamız mötəbər turnirin ilk günündə aktivinə bir medal yazdırıb.

Altmış kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Oruc Vəlizadə ilk görüşündə hollandiyalı Roy Koffijberqi, daha sonra Cənubi Koreya cüdoçusu Hyuk Çoiyi məğlub edib. Cüdoçumuz 1/4 finalda rusiyalı İslam Yaşuyevə uduzaraq təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə qırğızıstanlı Argen Bakytbekə qalib gəlib. 


Cüdoçumuz həmçinin üçüncü yer uğrunda görüşdə isə Fransa təmsilçisi Riçard Vergnesi məğlub edərək bürünc medala sahib olub.

Qeyd edək ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı Avropa açıq çempionatında Azərbaycan milli komandası 16 cüdoçu ilə təmsil olunur.

 

Bakı Post


Cüdoçumuz Avropa açıq çempionatında bürünc qazandı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər