Ru
23:22 / 23 Sentyabr 2017

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

1008
Serbiyanın paytaxtı Belqrad şəhərində cüdo üzrə Avropa açıq çempionatına start verilib.


Azərbaycan Cüdo Federasiyasından BakuPost.az-a verilən məlumata görə, yarışın birinci günü Azərbaycan milli komandası aktivinə 3 medal yazdırıb.


Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) bürünc medallara sahib olublar.


Qeyd edək ki, 30 ölkədən 240 cüdoçunun (157 oğlan, 83 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (13 oğlan, 4 qız) ilə təmsil olunur.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər